Afaq Bəşirqızı səhiyyə nazirinin “estetik əməliyyat” çağırışına DƏSTƏK VERDİ: “Nəyisə kəsdirib harasa yamamaq düzgün deyil”

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı səhiyyə naziri Teymur Musayevin estetik əməliyyatlarla bağlı çağırışına münasibət bildirərkən deyib.
“Səliqə-səhman başqa şeydir. Qadın həmişə özünə baxmalıdır. İctimaiyyət arasında olan qadın hər zaman özünə fikir verməlidir. Mənim fikrimcə, nəyisə kəsdirib harasa yamamaq, nəyisə götürüb harasa qoymaq isə bir az düzgün deyil. İlahinin yaratdığı gözəlliyi heç bir estetik əməliyyat əvəz edə bilməz”, - Xalq artisti bildirib.
Xatırlatma: Səhiyyə naziri Teymur Musayev estetik əməliyyat etdirən xanımlarla bağlı çağırış edib. Nazir bildirib ki, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimiz nəzərə alınmalı, xalqımız gözəllik anlayışı məsələsində maariflənməlidir.