"Bəzi məmurların stol görəndə insanlıqları itir"

Yenilik.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" verilişində deyib. Muğam ifaçısı bəzi məmurlardan şikayətlənib:
"Sənətkarlara qiymət verilməlidir. Sənət adamları hər zaman diqqət istəyir. Bəzi məmurlar stol görəndə xasiyyəti dəyişir. Elə bil stola işləyirlər, insanlıqları itir". (Axşam.az)