"Söz verəndə arxasında dur!" - İlqar Balaəlini tənqid etdi

Canlı yayım vasitəsilə meyxanaçıya ismarıc yollayan aparıcı, bu hərəkəti hörmətsizlik adlandırıb:
"Bəlkə vaxtı yoxdur, ya gəlmək istəməyib. Bunların hər birini başa düşə bilərəm. Bizim komanda işləyir, anons hazırlayır, yayımlanır və bundan sonra gəlirəm deyib gəlmirsə, bu əsl hörmətsizlikdir. İstər bizə, istərsə də tamaşaçıya qarşı. Belə eləmək olmaz. Söz verəndə arxasında mütləq dayanmalısan!"