Dələduzlar növbəti dəfə aktrisa Pərvin Abıyevanı hədəf alıblar.
Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşım edərək yenidən onun adından pul yığıldığını bildirib: "Bu dilənçi yenə mənim adımdan pul dilənir. Heç kim aldanmasın". Qeyd edək ki, ötən ilin dekabrında da dələduzlar Pərvinin adından istifadə edərək votsapda pul istəyirdilər.