“Qızlar boşanır ki, pullu dayday tapım, saxlasın məni”

O bildirib ki, gənclər düşünüb ailə qurmalıdır:
“Gənclər bəlkə də məni başa düşmür. Düşünürlər ki, bu nə danışır? İnsan yaşlandıqca kamilləşir, müdrikləşir. Zaman gələcək mənim dediklərimi anlayacaqlar.
Bilirsiniz, boşanmaların əsas səbəblərindən biri də qız analarıdır. Deyir ərə get, əgər xoşuna gəlməsə, çıx gəl, ata-anan ölməyib ki. Arxandayıq. Belə demək olmaz. Ailədə çətinlik də olur, söz-söhbət də olur. Bunlara dözmək lazımdır. Bəziləri deyir ki, niyə dözməliyik? Qız anaları övladını arxayın etməməlidir. Əvvəl analar, atalar qız seçirdi oğlan üçün. İndi özləri seçir gənclərin, amma iki ay sonra boşanırlar. Valideynin seçimi önəmlidir. Gənclər ailəni oyuncağa çevirib. Ailə qurmaq oyuncaq deyil. Gənclər məsuliyyətli olmalıdır. Bir çox qızlar varlı həyat istəyir. Öncədən getdiyi oğlanın imkanını bilir. Kasıb oğlana ərə gedir, iki ay sonra Dubaya getmək istəyir. Deyir, instaqramdakı qızlar necə varlı həyat yaşayır.
Düşünür ki, boşanıb pullu kişi tapım, bir dayday saxlayar məni. Bu həyat müvəqqətidir. O zaman qadın əl meymunu olur. Qız anaları övladlarına düzgün məsləhət verməlidir”.