"İşsiz olanda arxamca gülüb, sevinirdilər" - Fərda Xudaverdiyev

Bu sözləri aktyor Fərda Xudaverdiyev "Səhnə adamı" yutub layihəsində deyib. Sənətçi son günlər çəkilən filmləri pisləyib.
Fərda əlavə edib ki, artıq bir çox layihədə yer almayacaq:
"Başqa layihələrdə olmayacağam. Ancaq öz yaradıcılığıma həsr olacaq. Hansı ölkədə azərbaycanlı var gedib orada stand-up edcəyəm. Öz qələmimdən və kameradan gördüyüm filmlərə çəkiləcəyəm. Söz verirəm, yenidən tamaşaçı kinoteatra maraq göstərəcək.
Yolumu kəsən, işsiz olanda arxamca sevinib, gülənlərə minnətdaram. Məni bu qədər böyütdünüz. Allah yolunuzu açıq etsin, sizə milyonlar qismət etsin. Ən böyük milyonlar məndə çoxdan var"./Axşam.az