“Arıqça” xanım, ağıllı ol! - Qumraldan Səmraya - VİDEO

İfaçı fikirlərini belə davam edib:
“O ki, qaldı mənim bədənimin proporsiyalarına... Siz Səmra xanım gah mənim geyimimdən danışıb deyirsiniz ki, göbəyi açıq, qısa şort və açıq-saçıq geyimlər geyinir gah da geyinsiniz ki, sən demə mən selülitlərim var və sizin kilolarınızı qısqanıram. Bu gün bütün Azərbaycan mənim bədən proporsiyalarıma görə xanımlar şəkillərimi və videolarımı həkimə aparıb, özlərini məni kimi “yığdırırlar”. Mən bədənimi arıq olsun deyə korreksiya etməmişəm”.
Qumral Səmranın “Canlı yayım açıb həyat yoldaşının qucağında oturub, oynayırsan” sözlərinə belə reaksiya verib:
“Mənim həyat yoldaşımın daşı yaman ağır olub düşüb başınıza. Məni vurmaq və məndən danışmaq istəyən həyat yoldaşımın yanında açıq-saçıq geyinməyimi, həyat yoldaşımın qucağında oturmağımı, həyat yoldaşım ola – ola məclislərə getdiyimi, həyat yoldaşımın yanında pul qazanmağımı deyir. Kaş ki, bütün xanımlarımız elə mənim kimi olsun. Həyat yoldaşı ilə gedib pul qazansın, onun qucağında otursun və onun üçün geyinsin – keçinsin. Bunun axı nəyi pisdir ki? Allah sizə də və bütün qızlarımıza qismət eləsin. Sonra deyirsiniz ki, “pokazuxa ailə” (göstərişli). Göstəriş üçün qurulan ailə 18 il davam etmir. Bu cür ailələr bir neçə ay və ya il davam edir. 18 ildir ki, evliyəm və bu gün sabah qızım sənin yaşa gəlib çıxacaq. Sən mənə söz ata bilmərsən. Əgər sənin etirazın varsa mənə deyil efirə bildir. Mən cavablarımda səmimi və sərbəst olan insanam. Sual verdilər məndə cavablandırdım. Burada isə mənim heç bir günahım yoxdur”. (Olay)