Əməkdar artist Elza Seyidcahan aparıcı Zaur Nəbioğlunu məhkəməyə verib.
Bu haqda müğənni "Rəngarəng" verilişinə zəng edərkən deyib. O bildirib ki, buna səbəb Zaurun onun şeirlərini bəyənməməsidir: "Səninlə məhkəmədə görüşəcəyik. Sözümdən incimə, iş işdir. Yaradıcılığıma qarşı kimsə anlaşılmaz hərəkət edirsə, bunu edəcəyəm".//Axşam.az