İstəyirsən mədəni kiçilt, istəyirsən balon qoy... - Müğənni

Son zamanlar arıqlayaraq, “iynənin ucuna sap” olan sənətçi bildirib ki, bəzi həmkarları onun yenidən kökəlməsini istəyir:
“Mədəkiçiltmə əməliyyatı etdirməmişəm. Etdirmişəmsə, əcəb eləmişəm. Əslində, mədəkiçiltmə əməliyyatı etdirməyi istəyirdim. Bu əməliyyatı isə müəyyən çəkili insanlara edirlər. Mən axı 100 kiloqram çəkidə olmamışam. Mən başqa bir əməliyyat etdirdim. Ondan sonra başqa çarəm yox idi, arıqlamalı idim.
İstəyirsən mədəni kiçilt və ya mədənə balon qoy, arıqlamaq üçün 21 gün ac qalmalısan. Mədəkiçiltmədə etsən də, mədənə balonda qoysan da, mütləq şəkildə dietoloqun məsləhətlərinə qulaq asmalısan. Bilmək olmaz, bir də gördünüz ki, kökəldim. Amma bəzi insanlar mənim kökəlməyimi istəyirlər”.