“ Özüm bilərəm” - Xatirədən Zaura etiraz

“ Özüm bilərəm” - Xatirədən Zaura etiraz Xatirə İslam efirdə Zaur Kamala etirazını bildirib. 
Yenilik.az olay-a istinadla xəbər verir ki, müğənni ilə aparıcı arasında gərginlik “Həmin Zaur” verilişində yaşanıb.
Zaurun “Borca pul verməklə aranız necədir” sualına Xatirə belə cavab verib:
“İndi çox çətin zamanədir. Ona görə də bir az ehtiyatlı olmaq lazımdır. Mənə borca pul vermək düşmür. Dəfələrlə bunu sınamışam”.
“İndiyə kimi ən böyük məbləğ kimə vermisən” sualına Xatirə əsəbiləşərək “Bura marketdir? Bazardır? Bura "buxalteriya"dır? Mən axı niyə görə bütün sirrlərimi on milyon əhaliyə danışmalıyam? Kimə borca pul vermişəm və ya verməmişəm özüm bilərəm. Bu çox şəxsi suallardır”.

Geri qayıt