Müğənni: “Çörəyin qiymətini bilmirəm, maraqlanmıram”

Pravda.az xəbər verir ki, “ATV”də yayımlanan “Rəngarəng” verilişində qonaq olan K.Günəşli aparıcının qiymətlərlə bağlı suallarına belə cavab verib: “Qiymətləri bilmirəm, maraqlanmıram. Çörəyin qiymətini bilmirəm. Alış-veriş etmirəm. Vaxtım yoxdur, evdə bazarlıq edənimiz var – anam, övladlarım. Üç ildir, bu qədər güclü tanınıram. Bundan əvvəl öz kütləm var idi. İndi isə populyaram. Beş il bundan əvvəl marketdən alış-verişi arada özüm edirdim, son zamanlar etmirəm...”