"Biz nümunəvi ailə idik, amma ayrıldıq"

"Oğlum Ukraynadadır. Bu da bir qismətdir, iki ildən çoxdur ki, oradadır. Ayrılıq yalnız mənim başıma gəlməyib. Evlənənlər tez ayrılır. Problemin nə olduğunu bilirəm, bu mövzuda danışmaq istəmirəm. Boşanmalar çoxdur. Bizim ailə həmişə nümunəvi idi. Dostlarım deyirdilər ki, baxırıq, fəxr edirik, bir-birinizə necə diqqət ayırırsınız. Ailəmlə gəzintiyə çıxmağı çox sevirdim, demək olar ki, dincəlirdim. Rayonlarımızı gəzirdik, tez-tez Ukraynaya, Türkiyəyə gedib-gəlirdik. Müəyyən səbəblərdən bu, baş verdi. Oğlum Ukraynada anasının yanındadır. Münasibəti saxlamışıq. Oğlumla da, keçmiş həyat yoldaşımla da danışırıq, dost kimi dərdləşirik, söhbətləşirik. Murad da böyüyüb, yekə kişi olub. Bu il birinci sinfə gedəcək. Onu məktəbə yola salmaq üçün avqustda Ukraynaya gedəcəyəm".
Qeyd edək ki, Müşviq 2017-ci ildə ailə qurub. Cütlüyün boşanması 2023-cü ildə ortaya çıxıb. Onların bir oğul övladı var.