“Pul yazıq kişilərin cibindən çıxdı” – Məşhurları tənqid etdi

“Bir nəfər Çindən kişilər üçün satmaq məqsədi ilə böyük bədən ölçülü pencəklər gətirib. Gətiriblər Bakıya, amma görüblər ki, burada belə bir dəb yoxdur. Deyiblər, necə edək ki, bu geyimlər satılsın. Qərara alıblar ki, kişilər bu pencəkləri almırsa, mütləq şəkildə qadınlara sırımaq lazımdır. Həmin geyimləri 5-6 məşhura satıblar.
O pencəkləri həmin o 5-6 məşhur şort və “kalqotka” ilə geyinib efirə çıxıb. Bu gün həmin o pencəkləri 5 qat bahasına bazarda satırlar. Narahat olmayın, nə gətirirsinizsə, gətirin, məşhurlara verin, onlar geyinsin dəb eləsin, xalq da alacaq. Yenə pul yazıq kişilərin cibindən çıxdı”.