“Verilişlər bu cəmiyyəti məhv ediblər”

“Baltanı kökündən vururam. “Müğənni” sözünü o qədər ucuzlaşdırıblar ki, oxuya bilənə də, bilməyənə də “müğənni” deyirlər. “Oxuyan” sözü də onlara çoxdur. Bir nəfər mənə dedi ki, sizin yazdığınız “Göz yaşımı görməyəcəksən”, “Nə olur Allahım” mahnıları başa düşmürəm. Mənim anladığım “A Leyli, Leyli”dir. Çətin mahnıları başa düşmürəm. Xalqımızın 80 faizi bu gündədir. Verilişlər onlara qucaq açır, ayaqlarının altına gül səpir və elə təqdim edir ki… Bəzi verilişlər bu cəmiyyəti məhv ediblər”.