Tarix Əliyevin verilişi barədə ARAŞDIRMA APARILDI – NƏTİCƏ

“Yeni Sabah” olaraq sözügedən quruma məsələ ilə bağlı sorğu ünvanladıq. Sorğumuza Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev belə cavab verdi:
“Bu fikirlər “Space TV”-nin efirində səsləndirilməyib. Ola bilər ki, hər hansı sosial şəbəkədə paylaşılıb. Verilişin aparıcısı, yaxud digər bir adam bunu paylaşa bilər. Nə “You Tube”-nin, nə də digər sosial platformaların fəaliyyətini biz tənzimləyirik. Biz ancaq efirə gedən veriliş və fikirlərə cavabdeh olaraq müdaxilə edə bilirik. Bu səbəbdən araşdırma aparıldı və müəyyənləşdirildi ki, o verilişdə belə fikir səsləndirilməyib”.