Nanə Ağamalıyevanın geyim tərzi müzakirələrə səbəb oldu - VİDEO

Nanə Ağamalıyevanın geyim tərzi müzakirələrə səbəb oldu - VİDEO Aparıcı Nanə Ağamalıyeva verilişdə şəxsi həyatından danışıb.
Əməkdar artist Xumar Qədimova veriliş zamanı Nanəyə şəxsi həyatı ilə bağlı sual ünvanlayıb.
Aparıcı isə sənətçiyə belə cavabını verib:
"Şəxsi həyatım haqda danışmıram. Qısqanclıqdan irəli gəlir. İstəyirəm mənə aid olan məqamları tək yaşayım. Elə bir şey yoxdur. Bəzən nələrsə danışılır və eşidirəm. Bu, normaldır. Həyatımda ən dəyər verdiyim duyğu məhəbbətdir. Bizi yaşadan da sevgidir. Amma bu duyğunu paylaşacağım insan yoxdur. Sevə bilənlər seçilmiş insanlardır. Sevgi səni xoşbəxt edən hiss olmalıdır. Orada ağrı, acı varsa, sevgidən söhbət gedə bilməz".
Qeyd edək ki, aparıcının verilişdəki geyim tərzi və oturuşu müzakirələrə səbəb olub.

Geri qayıt