Şəbnəm Tovuzlu: "Diplomlular toyxanada mənim qarşımda dura bilmirlər..."

“Mən toy məktəbi keçmişəm. Elə toyda da, Milli Konservatorida da sənətkardan dərs almışam Hamı bilir ki, müəllimim Qəzənfər Abbasov olub. Bu gün təhsil alanlarımız var, bəh-bəhlə diplomları əllərindədir. İnanın Allaha, toyxanada mənim qarşımda dura bilmirlər”.
“Normal toy apara bilmirlər. Başa düşün, “toy məktəbi”, “toyda bişmək” deyə bir şey var. Müğənni var ki, tonallıqları bilmir. Təhsilin varsa, niyə “Şur”dan “Seygah”a keçişi musiqiçiyə həvalə edirsən? Elə potensialın varsa, özün keç. Mən “de-re-mi-fa-so-lya-si”ni Milli Konservatoriyada bitirməmişəm. Bunları musiqiçilərdən öyrənmişəm…” – o bildirib.
Pravda.az