"Ədalət Şükürov toy apara bilməz"

"Məmmədbağır Bağırzadəni hamı toyunda istəyirdi. Qohumla, qonaqla, kiçiklə davarana bilirdi. İndi toylar formasını dəyişdi. Məsələn, İbrahim tatlısəs gəldi və toyda konsert proqramı təqdim etdi.
Dostumdur, amma Ədalət Şükürov toy apara bilməz. Onun öz mahnıları var və onu sevə-sevə qəbul edirik. Əsasən sevilən mahnıların müğənniləri seçilib toya çağrılır. Böyük pullar hesabına böyük müğənnilər çağırırq".
Əməkdar artist Elton Hüseynəliyev "Ədalət toy apara bilməz. Amma başqası da Ədalət kimi gəlib şirin oxuya bilməz. Hərənin öz gözəlliyi var" sözlərini əlavə edib.