Manaf və Pərvin arasında gərginlik: “60 yaşım var, ömrümü toyxanalarda keçirmişəm”

“Mən yalan söz danışmıram, dediyim sözləri arxasıdayam. Toya getmir, toy bazarında yoxdur, məcburdur, belə danışsın. Heç bir dəfə onu toyda görməmişəm, qarşı-qarşıya gəlməmişəm. İki diplom alanlar mənim yanımda toyxanada oxuya bilmirlər. Başa düşürəm, savad lazımdır, amma toy məktəbi başqa şeydir. Bunun Qazax toyu var, Şirvan, Şəmkir toyu var… 60 yaşım var, ömrümü bu toyxanalarda keçirmişəm. Mən nə danışdığımı bilirəm. “Məktəb” deyəndə niyə o dəqiqə Milli Konservatoriyanı fikirləşirsiniz?”
Pərvin Lətifov isə Manafın cavabını belə verib:
“Diplomlulardan biri də mən. Kimin şübhəsi varsa, bu da meydan. Adını çəkin görək, oxuya bilməyən diplomlu məşhurlar kimlərdir? Toy məktəb ola bilməz. Bütün gəncliyimi akademik musiqiyə həsr etmişəm. Xahiş edirəm, qarşı tərəf buna hörmət qoysun…”
Pravda.az