“Özümə yaxşı ölüm arzulayıram…” – VİDEO

“İstəyirəm hər şeydən canım qurtarsın. Pis insanlardan, fitvalardan və nələrdən-nələrdən… Təkcə çalışdığım sahə yox, həyatın özü də söz-söhbətlidir. Buradan Maştağaya gedənədək yolda neçə nəfərlə mübahisə edəsən? Mən eləmirəm, fikirləşirəm ki, bəlkə, evdə xəstəsi var, uşağı xəstələnib, bəlkə, mədəsi sancılanıb, ya fikirlidir, bəlkə, hələ dəlidir? Səbirli olmaq daha yaxşıdır”, – o bildirib.