Xalq artisti Emin Ağalarov Bakıda çayxana tikir

Yenilik.az-ın Yeniavaz.coma-a istinadən məlumatına görə, ümumi sahəsi 1 364,39 kv. metr olacaq çayxana 1 mərtəbədən ibarət olacaq.
Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının, ticarət mərkəzinin və 4 mərtəbəli avtodayanacağın tikintisinə də icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.