Nazilə Səfərli şou-biznesi silkələdi: “Hər şey kamerada var, amma göstərmirəm!”

O bildirb ki, mənə də nəmər verilir. Bəlkə də onlardan da artıq: Toyuqlu pizza
"Hamı kimi mənə də nəmər verilir. Çıxıb danışacaq deyiləm ki. Bəlkə də onlarda da artıq verilir. Elə videolarım var ki, nəməri görsəz, deyərsiz ki, heç ev yiyəsindən pul alma. Elə gözəl də qarşılayırlar ki, nəməri ayrı, payı ayrı, bazarlığı da ayrı. El-oba olaraq bunu hamıya edirlər".
Şairə həmçinin qeyd edib ki, Röyanı da Gürcüstana toya dəvət edirlər. Bir adam onun əlində pul, nəmər yağışı görmür:
"Sizə sadə bir nümunə çəkim. Keçən ayın bu günü Röya Ayxan Gürcüstanda idi. Onu da bilirsiniz ki, Röya 3-5 qəpiyə toylara getmir. Normal qiyməti var. Biriniz bildiniz onu? Röya ilə yanaşı bir neçə müğənni də var idi. Röyanı toya çağıran adam hər halda zəngin biridir. Bir nəfər onun əlində pul, nəmər yağışı gördü? Həmin şeylər orada da olub".
Nazilə Səfərli Aşıq Zülfiyyənin də Soğanlıq toylarında iştirak etdiyini və nə qədər nəmər yığsa da əlində pul görünmədiyini bildirib:
"Aşıq Zülfiyyə Soğanlıqı tanıyanda biz hamımız "papış"da gəzirdik. Demirəm Aşıq Zülfiyyə bizdən böyükdür filan. Misalçün deyirəm bunu sizə. O, 14 yaşından toylardadır. Aşıq Zülfiyyə oraları tanıyanda, biz heç Soğanlıqın nə olduğunu bilmirdik. Nə qədər nəmər verilsə də, bir dəfə onun da əlində pul yağışı görmüsünüz?".
O həmçinin qeyd edib ki, görməmişlərdir gedib xalxın evini "tikənlər":
Mənə də zənglər olub o müğənnilərin bəziləri tərəfindən. Sizə necə danışmışamsa, onlara da o cür danışmışam. Kimdənsə qorxacaq yerim yoxdur. Bu gün toy olur. Sabahı toy yiyəsinə anonim zənglər gəlir. Əsasım bundan ibarətdir. Deyirlər ki, filan adamı toya çağırmısan, bu qədər də xərcləmisən. Çoxdursa, gətir, bizə də ver. Oğru, quldur başqa necə olur? Bundan artıq nə oğurluq, quldurluq? Mənə kim nə deyəsidir? O görməmişlərdir gedib xalxın evini "tikənlər"".