Aşıq Zülfiyyədən etiraf: “Mənə sevgi məktubları yazırdı”

"Mən İctimai TV-də "Ozan" verilişini aparanda prodüser gülə-gülə gəlirdi ki, "sənə sevgi məktubları göndəriblər". Öz aramızda gülürdük, boş verirdim. Ailəli idim... O məktubları yazan adam bir dəfə gəldi ki, "həmin insan mən idim". Dedim, nə məktub? Dedim, xətrinizə dəyməsin, deyəsən, başınız xarabdır. Özü də rayondan gəlib mənim üçün.
Dedim, bilirsən ki, mənim nə boyda oğlum var? Dedi ki, "Babəki də tanıyıram, bilirəm". Qayıtdı ki, "mənə çatdırıblar ki, siz boşanmısınız". Dedim, səhv çatdırıblar, qardaş" (Bizim.Media)