İbrahim Tatlısəs və Hülya Avşarla bağlı ŞOK AÇIQLAMALAR: "24 yaşında..."

Verilişdə Hülya Avşar ilə İbrahim Tatlısəs arasında yaşanan münasibət, Avşarın münasibətlərdəki davranış tərzi barədə diqqətçəkən fikirlər səsləndirilib.
Gökay Kalaycıoğlu Hülya Avşarın İbrahimTatlısəsə qarşı davranışını belə şərh edib:
“Hülya Avşar İbrahim Tatlısəs tərəfindən bəyənilməkdən zövq alırdı, bu hal indi də davam edir”.
Burhan Akdağ isə Avşarın qısaboylu olmasına baxmayaraq, uğur qazandığını deyib:
“Hülya Avşar bu boyla Türkiyəni titrətdi, əgər bir qarış boyu daha olsaydı, dünyanı titrədərdi”.
Proqramın digər aparıcısı Hakan Solaker Hülya Avşarın münasibətlərdəki yanaşmasını belə ifadə edib:
“Hülya Avşar münasibətlərdə çox revanşist davranır - ona necə yanaşılırsa, o da eyni şəkildə cavab verir”.
Burhan Akdağ isə İbrahim Tatlısəsin xarakteri haqqında bunları bildirib:
“İbrahim Tatlısəsə biri nəsə deyəndə o, bunun doğru olub-olmadığını araşdırmadan tez bir zamanda təsir altına düşür”.
Akdağ proqram zamanı maraqlı bir faktı da bölüşüb:
“Bir söhbət əsnasında Hüseyn Tatlı bildirdi ki, o, 4 yaşında olarkən qardaşı İbrahim Tatlısəs ilə birlikdə sünnət olunub. Həmin vaxt İbrahimin 24 yaşı var idi”.
Musavat.com