“Anamın sözlərini eşidəndə tüklərim biz-biz oldu”

İlqarə şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb:
“Gözəl və məsuliyyətli hissdir. Hələ evlilik haqda düşünmürəm. Həyatımda da kimsə yoxdur. Yalnız işimlə məşğulam. Ailəm toplaşanda deyir, inşallah, İlqarənin toyunda. Əvvəl deyirdim, ana, yox. Amma hər adam kimi mən də istəyirəm həyatımda kimsə olsun. Hər şeyin vaxtı var, qismət məni tapar”.