Rep ifa etməsi ilə maraq yaradan Alim Qasımov: "Ağlıma gəldi oxudum, söyüş deyil ki"
Son günlər Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Alim Qasımovun rep ifa etməsi hər kəsin marağına səbəb olub.O qeyd edib ki, rep də bir musiqidir:
"Bu ifa tərzinə maraq salmamışam. Sadəcə ağlıma gəldi oxudum. Bilmirəm ki, nə baş verib. Bu da bir musiqidir. Söyüş deyil ki. Bu tərz bir ifa etmək üçün heç bir hazırlıq görməmişəm. Hamısı muğam janrından qaynaqlanır. Muğam bizim klassik musiqimizdir. O bütün musiqilər ilə uyğun gələn janrdır".
Sözügedən görüntünü təqdim edirik:
