Nadir və Ayan arasında QALMAQAL: “Nə azzarım var?!” - VİDEO
Müğənni mövzu ilə bağlı qısa şəkildə bildirib:
“Dəvət olunmayan yerdə mənim nə işim, nə azzarım var? Mən dəvət olunmadığım məclisə getmirəm.”
Məsələ ilə bağlı münasibət bildirən Nadir Qafarzadə isə Babakişiyevanın dediklərini təkzib edib:
“Ayan xanıma çatdırın ki, ilk dəvət olunanlardan biri odur. 21 avqust tarixində onun “WhatsApp”ına dəvətnamə göndərmişəm. İlk dəvət olunanlar arasında Fatimə də var idi, Xatun da, Ayandır. Amma gəlməyib, çox sağ olsun. Biz də qismət olsa, gedib onu təbrik edərik. Amma demək ki, dəvət olunmamışam, bu artıq mənə bir az təsir edir.”
Müğənni həmçinin sözügedən dəvətnamənin ekran görüntüsünü də aparıcı İsa Şükürova göndərib.
