Canlı yayımda gərginlik: Toliklə vəkil dalaşdı - Video
Produser Tarix Əliyev və vəkil Şəfiqə Nağıyeva arasında mübahisə yaşanıb.Verilişdəki cütlüyün taleyi ilə bağlı başlayan müzakirə mübahisəyə çevrilib.
Şəfiqə Nağıyeva ər-arvadın barışmasına razı olmadığını bildirib. Buna əsəbiləşən Tolik isə onların barışmasını dəstəklədiyini, yenidən evlənəcəkləri halda toyu özünün edəcəyini və cütlüyə 200-300 nəfərlik adamın pulunu öncədən göndərəcəyini deyib.
Tolik həmçinin barışacaqları halda onların toyuna müğənniləri də aparacağını qeyd edib.
