Arıqlama iynələrinə görə gözündə ciddi problem yarandı
Dünyaca məşhur britaniyalı müğənni Robbi Uilyams çəki azaltma iynələri səbəbindən görmə itkisi yaşadığını bildirib.51 yaşlı Uilyams buna baxmayaraq, həmin iynələrdən istifadə edəcəyini söyləyib. O əlavə edib ki, iynələr ona yalnız fiziki deyil, həm də zehni olaraq yaxşı təsir edib: “İllərdir ruh sağlamlığım yaxşı deyildi. Son 10 ildə üzərimdəki qara buludlar dağıldı. İndi intizamlı yaşayıram, idman edirəm, öz qeydimə qalıram”.




