Xatirə İslamın “it çantası” müzakirə yaratdı - VİDEO
Xatirə İslam yeni mahnısı “Bəy əfəndi”ni təqdim edib.Çəkiliş gecə açıq havada baş tutub. Müğənni qəhvəyi tonlarda kombini - uzun dəri çəkmə, əlcək və panço ilə çəkiliş edib. Ən çox diqqət çəkən it şəklində olan dəri çanta olub.
Görüntülər yayıldıqdan sonra sosial şəbəkələrdə müxtəlif rəylər yazılıb. Bəziləri müğənninin stilini “cəsarətli və kreativ” adlandırsa da, digərləri çantanı “artıq diqqət çəkən aksesuar” kimi dəyərləndirib.
