"Bu gün lazımsız insanlar efirdədir. Gileyliyəm, bu gün heç nə yoxdur. Biri maşın alır, 1 il sürür deyir, yenisini istəyirəm. İndi insanlardan elə istifadə edirlər. Yenisi gələndə köhnə sənətçiləri atırlar kənara. Axı biz sənətkarıq, hərənin öz yeri var."
Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu yutubda yayımlanan "Künc-bucaq" layihəsində deyib. Sənətçi onun yaradıcılığına qiymət verilmədiyini bildirib. Ətraflı videoda: