Ofelya komandir əri ilə “duet” oxudu – VİDEO
Müğənni Ofeliya Şabanova sosial şəbəkədə paylaşdığı yeni videosu ilə diqqətləri üzərinə çəkib.Paylaşılan görüntülərdə Ofeliya Şabanova türk mahnısı səsləndirir. Maraqlı məqam isə onun həyat yoldaşının ifaya qoşulması olub. Hərbçi ər bir müddət sonra Ofeliyanın oxuduğu mahnını birlikdə davam etdirərək səmimi və emosional bir duet ortaya çıxarıb.
İzləyicilər tərəfindən böyük maraqla qarşılanan ifa sosial şəbəkələrdə qısa zamanda yayılıb. Şərh bölməsində cütlüyün uyumu xüsusi vurğulanıb.
Cütlüyün birgə ifası sosial mediada çox yayılan videolardan olub.
