"Artıq o formada geyinmərəm"
"Günay İbrahimli sözünü deyib. yetərincə... Düzgün, peşəkar insanlarla çalışmışam. Buna görə komandama da borcluyam, yaxşı adamlarla çalışanda uğurlu olursan". Son günlər geyimlərini öz atelyesində hazırlatdıran günay artıq açıq-saçıq libaslardan uzaq olduğunu bildirib:
"İndi bağlı geyinmək daha iddialıdır. Bağlı geyinən qadın daha çəkici görünür. "Dəlisiyəm gecənin" klipində açıq geyinmişdim. İndi soruşsalar ki, edərsən? Yox, etmərəm. İllər keçdikcə, düşüncələr dəyişir. O vaxt şıltaq idim, indi ağıryana. O vaxt 18-19 yaşım var idi. Çox da gözəl yaraşmışdı. Səs-küy də yaratmışdı. Çimərlik geyimində olan klipimdən sonra konsert vermişdim".
