Rəqsanə xərçəng xəstəliyindən əziyyət çəkir - VİDEO
Müğənni Rəqsanə İsmayılova onkoloji xəstəlikdən əziyyət çəkir.İsmayılova bildirib ki, vəziyyəti kritikdir və təcili əməliyyata ehtiyacı var: “Mənim sinəmdə bədxassəli şiş var. Moskvada müalicə almışam. Daha sonra Azərbaycana gəldim, amma həbsim səbəbindən müalicələr yarımçıq qaldı. Çox təcili əməliyyat olunmalıyam. Moskvada dedilər ki, sinəm tamamilə götürülməlidir, amma qorxduğum üçün bir qədər gözlədim. Ancaq xərçəng gözləmir”.
