Aysundan ŞOK AÇIQLAMA: "Qızım üçün atasına yığdım ki, dərman lazımdır. Telefonu söndürdü..." - VİDEO
Müğənni Aysun keçmiş həyat yoldaşı, qızı Sevgimin atası Ramin bəy haqda qalmaqallı açıqlamalar edib.Yenilik.az xəbər verir ki, o, keçmiş ərinin uşağı ilə maraqlanmadığını bildirib:
"İl yarımdır o uşağı ata tərəfdən heç kim axtarmır. Mənim uşağım artıq anlayır, atası ya bu uşağı həftədə iki gün gəlib görməlidir və bütün tələbatını qarşılamalıdır, ya da gedib ildə bir dəfə gəlib uşağıma travma yaşatmamalıdır. Dayəmlə ona xəbər göndərdim. Hər zaman ətrafıma deyirəm ki, boşananda elə boşanın ki, üz-üzə gələ biləsiniz, ortada uşaq var. Mən kimsəylə düşmənçilik aparmamışam. Uşağımın atasına da ilk gündən dedim ki, övladını nə zaman istəsən, gəlib görə bilərsən. Uşağım 40 dərəcə qızdırmalı idi, mikrob düşmüşdü... Səhərə qədər xəstəxanada qalmışdıq. Mənim uşağım 12 gün əziyyət çəkdi. Mən gecə atasına yazdım ki, uşağa dərman lazımdır, gecə qızdırma qalxıb, uşağı qoyub gedə bilmirəm. Bakıda da heç kimim yox idi. Gecə saat 4-də kimə yığa bilərəm ki, dərman gətir?! Ancaq uşağın atasına edə bilərdim. O dərmanı göndərə bilmirsə mənə, “göndərirəm” deyib telefonu söndürürsə, deməli, bu insana uşaq lazım deyil! Mən o uşağı anamın evindən götürüb gətirməmişdim”"
