Şakiranın konsertində FACİƏ: İşçi həyatını itirdi

Şakiranın konsertində FACİƏ: İşçi həyatını itirdi Müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri vəfat edib.
Bu barədə Braziliyanın Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Braziliyanın Rio-de-Janeyro şəhərində Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.
Zərərçəkən qaldırıcı sistemdə ilişib qaldıqdan sonra aşağı ətraflarından ağır xəsarətlər alıb.

Geri qayıt