Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO

 Əminə Şirin: Müğənni Əminə Şirin açıqlaması ilə diqqət çəkib.
Sənətçi qatıldığı televiziya proqramında son duet layihəsi ilə bağlı maraqlı etiraf edib. O bildirib ki, ifa etdiyi duet mahnısını "YouTube" platformasından sildirmək qərarı verib və eyni addımı digər sosial media hesablarında da atıb.
Əminə qeyd edib ki, mahnı qısa müddətdə kifayət qədər baxış toplasa da, müəyyən səbəblərdən layihəni bütün platformalardan yığışdırıb. Müğənni həmin şəxslə bağlı danışmaq istəmədiyini vurğulayaraq, həyatında ona mənfi təsir edən məsələləri kökündən silə bildiyini deyib.
Sənətçi sənət fəaliyyətinin yalnız tamaşaçılar üçün deyil, həm də ailəsinin dolanışığı üçün vacib olduğunu bildirib. Onun sözlərinə görə, gördüyü işin dəyərini anlamayan insanlardan uzaq durmağa üstünlük verir.
Geri qayıt