Nura Suri də şəhid xanımından yazdı: “Kart niyə anada idi?”

Nura Suri də şəhid xanımından yazdı: “Kart niyə anada idi?” Müğənni Nura Suri qaynatası tərəfindən qətlə yetirilən şəhid xanımı ilə bağlı baş verən faciəyə münasibət bildirib.
Yenilik.az xəbər verir ki, sosial şəbəkə hesanında bu barədə fikirlərini yazan müğənni bildirib ki, heç kəs ortada qalan uşaqların taleyini fikirləşməyib:
“Baş verən faciə o qədər qarışıqdır ki, bilmirsən hansı suala cavab axtarasan ki, nə baş verdiyini anlayasan. Atası şəhid olan uşaqların anası niyə özü baxmırdı uşaqlarına? Uşaqlar niyə nənə ilə yaşayırdılar? Şəhid ailəsinə ayrılan birdəfəlik və aylıq vəsait niyə anada idi?
Balası öldürülmüş ata niyə müsahibədə ancaq pul kartından danışır və gözündə bir damla belə yaş yoxdur?”.
Nura Suri hadisənin ən ağır nəticəsinin iki azyaşlı uşağın taleyi olduğunu qeyd edib:
“Ata şəhid, ana babaları tərəfindən öldürülüb və bu travma ilə böyüyəcəklər. Vətən uğrunda həlak olan bir insanın iki övladı niyə belə bir tale yaşayır, İlahi? Bu nə ədalətsiz dünyadır belə?”.

Geri qayıt