"O kişilər pozğundur"
Aktrisa Zülfiyyə Qurbanova “Kinoroom” “YouTube” layihəsində rol seçimləri və ünvanına deyilən tənqidlərə münasibət bildirib.
Musavat.com bildirir ki, aktrisa bir dəfə “fahişə obrazı”na çəkildiyini və buna görə onu yanlış qiymətləndirənlərin olduğunu deyib.
Onun sözlərinə görə, serialdakı obrazlar real həyatı əks etdirmir və aktrisanın şəxsi xarakteri ilə qarışdırılmamalıdır.
Zülfiyyə Qurbanova cəmiyyətin qadınların xarici görünüşünə və davranışına qarşı stereotiplərini tənqid edib, baxımlı olmağın və özünə diqqət etməyin əxlaqsızlıq kimi təqdim olunmasını doğru saymayıb:
“Dırnaqarası, çayxanada oturub çay içən kişilər qadın arxasınca danışır. Həmin kişilərdir pozğun. Serialda obrazı oynayanda gözəl bilirdim ki, gedişat buna aparacaq. Camaat bunu düşünəcək, proses ona xidmət edirdi. Qadın qab yuyursa, yeri təmizləyirsə baxımsız olmalısan? Gözəl, boylu-buxunlusansa, saçına daraq çəkəndə gözəl olacaqsan. Özümə, əxlaqıma, incəsənətə gəldiyim yola güvənirəm, istədiyim rolu oynayıram”.
