Balaəli oğurluqda ittiham edilir - VİDEO
Meyxanaçı Xosrov Maştağalının toyunda həmkarı Balaəli Rzayevin ifa etdiyi “Xəyanət” mahnısı sosial şəbəkələrdə trend olub. Xüsusilə “TikTok”da sürətlə yayılan mahnı istifadəçilərin böyük marağına səbəb olub, onun fonunda yüzlərlə video hazırlanıb.Lakin özünü müğənni Xəyyam kimi təqdim edən bir istifadəçi əsərin müəllifinin məhz özü olduğunu iddia edib.
Bakupost.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.
Müğənninin sözlərinə görə, “Xəyanət” mahnısının müəllifi məhz odur və Balaəlinin bu əsəri öz adına çıxarması doğru deyil:
“İllərlə bu mahnının üzərində işləmişəm, əziyyət çəkmişəm. Bir də görürəm ki, siz oxuyursunuz və trendə çevrilir. Belə iş olar? Şəbnəm Tovuzlu və digər müğənnilər də bu mahnını icazəsiz ifa edirlər. Bunun axırı necə olacaq? Mən bunun peçatını vurmuşam. Mahnı mənimdir. Yenə də halal xoşunuz olsun”.
Globalinfo.az məsələ ilə bağlı meyxanaçı Balaəliyə müraciət etsə də, hələ ki cavab ala bilməyib.
