Nigar Şabanovadan etiraf: “Sirlərimi saytlara ötürdülər” - VİDEO

Nigar Şabanovadan etiraf: “Sirlərimi saytlara ötürdülər” - VİDEO Nigar Şabanova dost saydığı həmkarlarının satqınlığı ilə üzləşdiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist “Öz aramızda” verilişində həyatında tək-tük etibar etdiyi insanın olduğunu etiraf edib:
“Kimləsə tanışlığa belə artıq çox ehtiyatla yanaşıram. İstər qadın olsun, istər kişi, fərqi yoxdur. Şöhrət qazandıqca insan hər şeydən çəkinməyə başlayır. Çünki indi hər kəsin əlində telefon var. Səni sevən də olur, qıcıq olan da. Elədiyin ən kiçik bir hərəkəti belə şişirdib böyüdə bilərlər. Bunu, adətən, səni yaxından tanıyan, sirrini, dərdini, söhbətini bilən insanlar edirlər. Marqarita pizza
Ona görə düşünürəm ki, istər məşhur ol, istər varlı, istərsə də kasıb, ətrafında nə qədər az insan olsa, həyatın bir o qədər sakit və hüzurlu keçər”.
Əməkdar artist bildirib ki, ona ən böyük zərbəni məhz yaxın çevrəsindəki insanlar vurub:
“Mənim çətin günlərimdə sirrlərimi açdılar, hətta bəzi məlumatları saytlara ötürdülər. Bunu edənlər arasında həm həmkarlarım, həm də dost və rəfiqə bildiyim insanlar vardı. Ən pis vaxtlarımda onların heç birini yanımda görmədim. O zaman başa düşdüm ki, illərimi boşuna sərf etmişəm.
Həddindən artıq fədakar insanam. Amma bir nöqtədən sonra qarşılığında gördüklərim məni özümə "stop" deməyə məcbur etdi. Nə olursa-olsun, özümü qorumağı öyrəndim. Şükür ki, bu gün sakit və rahat həyatım var.
Sonradan həmin insanlar yenidən mənimlə münasibət qurmağa çalışdılar. Amma artıq bu, mümkün deyil. İnsan bir az irəli gedən kimi, bəziləri nə dediyini eşitmək, nə də fikirlərini qəbul etmək istəyir. Elə insanlar var ki, sənə dəstək olmaq əvəzinə, fürsət düşən kimi səni geridə qoymağa çalışırlar”.

Geri qayıt