İradə İbrahimova: "Restoranda 5 mindən çox hesab ödədim"
Müğənni İradə İbrahimova illər əvvəl yaşadığı maraqlı bir hadisəni xatırlayaraq diqqət çəkib.İradə İbrahimova söhbət zamanı həmin gün restorandan çıxarkən məşhur komediya aktyoru Cem Yılmaz ilə qarşılaşdığını da xatırladıb. Müğənni o dövr üçün 15 nəfərlik komanda ilə birlikdə 5 mindən çox məbləğdə hesab ödədiyini bildirib.
Sənətçi həmçinin "Neyləyək alınmadı" mahnısının "Ali Baba ve 7 Cüceler" filmində istifadə olunması barədə də danışıb. O qeyd edib ki, bu layihə üzrə qonorarın birbaşa ona deyil, bəstəkar Vaqif Gərayzadəyə ödənildiyini bildirib.
İradə İbrahimovanın bu xatirələri sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında geniş müzakirələr yaradıb.
