Şəbnəm Tovuzlu səhnədə çətin anlar yaşadı - VİDEO
Müğənni Şəbnəm Tovuzlu çıxışı zamanı gözlənilməz hadisə ilə üzləşib.Hadisə zamanı tamaşaçılara müraciət edən ifaçı azyaşlının səhnədən uzaqlaşdırılmasını istəyib. Lakin həmin an onun özü də çətin vəziyyətlə qarşılaşıb.
Kadrlardan görünür ki, müğənni hərəkət edərkən müvazinətini itirmək üzrə olub və yıxılmaq təhlükəsi ilə üz-üzə qalıb. Xoşbəxtlikdən vəziyyəti nəzarətdə saxlamağı bacaran sənətçi çıxışını davam etdirib.
Yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər həm azyaşlıların səhnəyə çıxmasının təhlükəli olduğunu vurğulayıb, həm də Şəbnəm Tovuzlunun yaşadığı gərgin anlarla bağlı fikirlərini bölüşüblər.
Milli.Az
