Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO

Aysellə Sənan dini nikaha daxil oldu - VİDEO İnfluenser Aysel Şükür həyat yoldaşı Sənanla dini nikaha daxil olub.
Bu barədə Aysel instaqramda paylaşım edib.
O, özəl günü ilə bağlı sevincini izləyiciləriylə bölüşüb:
“Bu gün həyatımızın ən gözəl və mənalı günlərindən birini yaşadıq. Bir çoxunuzdan “Kəbin niyə indi oldu” sualını eşidirdik. Həyatda hər şey bəzən planladığımız kimi getmir və bəzi üzrlü səbəblərdən bu günü daha əvvəl yaşaya bilməmişdik. Amma inanırıq ki, hər şey öz zamanı gələndə daha gözəl olur.
Bu xoş günümüzdə bizi təbrik edən, xoş sözləri və duaları ilə yanımızda olan hər kəsə ürəkdən təşəkkür edirik. Yaxşı ki varsınız, yaxşı ki sevginizi və diqqətinizi bizdən əsirgəmirsiniz.
İnşallah yayın sonunda isə ailəmiz, dostlarımız və bütün sevdiklərimizlə birlikdə uzun zamandır xəyalını qurduğumuz toyumuzu edəcəyik. O günü də ən az bu gün qədər sevinc və həyəcanla gözləyirik. Allah hər kəsə öz xoş günlərini yaşamağı nəsib etsin.
Kəbinimiz oldu, indi isə toy hazırlıqları başlasın!”  (Olay)

Geri qayıt