"Zalı bağlatdırıb konsertə tək baxa bilər, amma məndən dəvətnamə istəyir"
Müğənni İzzət Bağırov canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.O, konsert biletləri və tamaşaçı münasibəti ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, bəzi imkanlı şəxslər üçün pulun xüsusi əhəmiyyəti yoxdur.
"O adam üçün pul heç nədir. İstəsə, bütün zalı bağlatdırıb konsertə tək baxar. Amma elə adam var ki, səndən dəvətnamə istəyir. Hətta bir yox, 12 dənə dəvətnamə tələb edir", - deyə ifaçı bildirib.
İzzət Bağırov əlavə edib ki, müğənnilər adətən ilk sıralardakı biletlərin satılmasına üstünlük verirlər. Çünki həmin yerlər ən bahalı kateqoriyaya aid olur və konsertin maddi tərəfinə ciddi dəstək verir.
Sənətçi xarici ifaçıların konsertlərinə marağın daha çox olduğunu da vurğulayıb. O qeyd edib ki, tamaşaçılar bəzi xarici sənətçilərin çıxışlarına 500 m xərcləyərək bilet alırlar.
İzzət Bağırovun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
