"Məşhur sima üçün restoranda tək əyləşmək çətindir" - VİDEO
Aparıcı Vüsalə Əlizadə "İncə səhər" verilişində məşhur olmağın çətinliklərindən danışıb. "Həyatım boyunca şəhərdə məşhur məkanda cəmi bir dəfə tək yemək yemişəm. Məcbur idim, ayaq üstə güclə dayanırdım. O yeməyi necə yediyimi bilmədim. Baxan, gedib-gələn kim, öyrəşməyiblər. Tanınan sima üçün bu, çox çətindir. İstər müğənni olsun, istərsə də aparıcı. Baxırlar ki, filankəs tək oturub. Düşünürlər ki, görəsən, yanına kim gələcək".
Vüsalənin bu açıqlaması izləyicilərin müzakirəsinə səbəb olub. (Axşam.az)
