Skandal açıqlama - Nura Suri blogerləri yerə vurdu
Müğənni Nura Suri sosial şəbəkədə paylaşım edərək, yerli bloger və influenserlərin əksəriyyətinin özlərini xarici həmkarlarına oxşatmağa çalışmasını sərt şəkildə qınayıb.Nura Suri yazır:
“Dünən UFC-yə dəvət olunanların böyük əksəriyyəti bu gün demək olar ki, eyni tipli, bir-birinə bənzəyən paylaşımlar ediblər. Bu cür fərqlənməyən kontent həm maraqsız, həm də çox bəsit görünür.
Xarici blogger və influenserləri görüb onları kopyalamağa çalışırsınızsa, alınmır. Biz onların həyat tərzi və düşüncə tərzinə sahib deyilik.
Məncə, ən vacibi məhz individuallıqdır. İnsan özünəməxsus üslubu ilə yadda qalır, başqasının təkrarı kimi yox”.
