"Boşanandan 4 ay sonra özümdən 37 yaş kiçik xanımla evləndim" - Tariyel Qasımov
"Birinci həyat yoldaşımdan ayrılandan 4 ay sonra ikinci dəfə evləndim. İndi ailəmlə çox xoşbəxtəm. Həyat yoldaşım mənə elə qayğı göstərir ki, sanki balaca uşağa baxır. Bir yeməyi ağzıma qoymağı qalır. Ailəsinə son dərəcə bağlı, qayğıkeş xanımdır. Bağımızda ağaclar, güllər əkir. Evimizə girəndə elə bil cənnətə düşürsən. Xoşbəxtəm ki, qarşıma belə bir qadın çıxıb. Bu yaxınlarda 50 yaşı tamam oldu. Artıq 8 ildir evliyik. Məndən 37 yaş kiçikdir. Bütün qadınlar indi də mənə vurulur"."Çünki xanımlar indi də mənə "Səni sevirəm" mesajı yazırlar. Özümü çox yaxşı hiss edirəm. Elə bilirəm 50 yaşım var. Məndə həmin güc də, xarakter də qalır. Özümü qoca hesab etmirəm" deyə, T.Qasımov bildirib.
Axşam.az
