Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənə dəstək olmur" - VİDEO
Xalq artisti Ağadadaş Ağayevin müğənni bacısı oğlu açıqlamaları ilə gündəmə gəlib.O, açıqlamasında məşhur dayısı Ağadadaş Ağayevin ona bu sahədə dəstək olmadığını söyləyib. Bununla yanaşı, digər dayısının hər zaman kömək etməyə çalışdığını, lakin özü buna imkan vermədiyini qeyd edib.
İfaçının sözlərinə görə, qohumu olsa belə, heç kimə minnətli olmaq istəmir və uğurlarını yalnız öz əməyi ilə qazanmağa üstünlük verir.
"5 manatı öz gücümlə qazanmağı, 30 faiz də olsa öz zəhmətimlə tanınmağı daha üstün tuturam", - deyə o, bildirib.
Sənətçinin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun müstəqil şəkildə irəliləmək istəyini alqışlayanlarla yanaşı, məşhur qohumların dəstəyinin də normal olduğunu düşünənlər arasında fərqli fikirlər qeyd ediblər. (milli.az)
