"Saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi"
Aktrisa Ülviyyə Xəlilbəyova məktəb illərində yaşadığı xoşagəlməz xatirəsini izləyiciləri ilə bölüşüb."Yanaqlarım həmişə təbii olaraq qıpqırmızı olurdu. Məktəbin riyaziyyat müəllimi bunu ənlik sanıb dəhlizdə hamının gözü qarşısında saçımı qəddarca yoldu və xoşagəlməz ifadələr işlətdi. Digər müəllimlər bunun təbii olduğunu deyəndən sonra da nə üzr istədi, nə də peşmanlıq göstərdi.
Bu hadisədən 20 ildən çox vaxt keçib. Amma İlhamiyyə müəlliməni hələ də nifrətlə xatırlayıram! Unutmadım, unutmaram!".
